Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini cənab Martin Voytaşoviç ilə görüşüb. Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.