“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Dövlətlərarası arasında münasibətlər yüksək səviyyədədir

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər

Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?

DSMF-yə sədr təyin olundu

İlham Əliyevin Gürcüstan Prezidenti ilə təkbətək görüşü başladı

Mixeil Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar

Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü

Mehriban Əliyeva qızı ilə körpələr evində - FOTOLAR

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Azad olunmuş ərazilərə 16 milyard manat xərclənəcək

Prezident Anar Kərimova yeni vəzifə verdi
Xəbər xətti
- 16 Aprel 2025
- 13:47 “Azərişıq” yağışın yaratdığı qəzaları aradan qaldırır - Fotolar
- 13:34 ABŞ Ukraynaya təzminat tələblərini azaltdı
- 13:19 Yağış bu tarixdə dayanacaq - PROQNOZ
- 13:16 Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - RƏSMİ
- 13:08 Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi
- 12:59 DİN gücləndirilmiş rejimdə çalışır - VİDEO
- 12:52 Yağışın fəsadları aradan qaldırılır - VİDEO
- 12:49 Dövlətlərarası arasında münasibətlər yüksək səviyyədədir
- 12:40 Boru kəməri partladı - Ölən və yaralanan var
- 12:28 Bakı “sel” altında - Eldar Əzizov hara baxır?
- 12:15 DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
- 12:14 Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər
- 12:07 Mourinyonu əvəz edəcək baş məşqçi məlum oldu - İDDİA
- 12:02 Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?
- 11:56 Bakıda 92 marşrut üzrə avtobuslar gecikir - RƏSMİ
- 11:45 Güclü külək paytaxtda 55 ağacı sındırdı - Fotolar
- 11:41 DSMF-yə sədr təyin olundu
- 11:35 İlham Əliyevin Gürcüstan Prezidenti ilə təkbətək görüşü başladı
- 11:30 Kartlardan daha 32 min manat oğurlandı
- 11:17 Öldüyü deyilən azyaşlı "morq"da dirildi - VİDEO
- 11:15 Paytaxtda bu istiqamətlərdə sıxlıq var
- 11:12 Köməksiz qalan uşaqlar belə xilas edildi - VİDEO
- 11:05 Mixeil Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar
- 10:59 Ümid qəsəbəsini sel basdı - VİDEO
- 10:48 Qatarlar gecikdi, insanlar stansiyada qaldı - VİDEO
- 10:45 Masallıda növbəti ustad dərsi keçirildi - FOTOLAR
- 10:40 "Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur" - ADSEA
- 10:35 Bu çaylardan sel keçir
- 10:30 Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - Çox sayda yaralı var
- 10:26 Pilot oğlunun enişini izləyən ananın etdiyi gündəm oldu - VİDEO
- 10:24 İşıqforların işində problemlər yaranır - Fotolar
- 10:21 Havaya görə bu gün dərslər ləğv olunub? - RƏSMİ AÇIQLAMA
- 10:15 “Müxtəlifliyə qucaq açaq” adlı sərgi keçirildi - FOTOLAR
- 10:10 Azərbaycanda bütün limanlar bağlandı
- 10:04 AHİK ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalandı - FOTOLAR
- 09:51 Bağırov tunelində SON VƏZİYYƏT - VİDEO
- 09:48 Netanyəhu Qəzza zolağına getdi
- 09:43 Azər Məmmədov vətəndaş qəbulu keçirəcək
- 09:36 Bakıda külək ağacı aşırdı: İcra hakimiyyəti hərəkətə keçdi - VİDEO
- 09:25 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin DİQQƏTİNƏ
- 09:12 Bəzi əraziləri su basıb, insanlar təxliyə edildi - VİDEO
- 09:04 Yağışlı Bakının tıxac olan yolları - SİYAHI
- 08:30 ABŞ 139 xarici qrantı ləğv etdi
- 08:00 "WhatsApp"da mesajlarla bağlı yenilik - Sayğac əlavə edildi
- 01:00 Rus qoşunları Ukrayna ordusunu mühasirəyə aldı
- 00:30 Kanadalı alimlər uşaq çarpayılarında zəhər yayan maddələr aşkarladılar
- 15 Aprel 2025
- 23:55 ABŞ Rusiyanı qınayan sənədi imzalamağı rədd etdi
- 23:31 Azərbaycanda təhsil xərcləri ARTIRILIR
- 23:12 Rusiyalı diplomat İrana səfəri öncəsi MAQATE rəhbəri ilə görüşdü
- 22:47 Millimiz məğlub oldu
- 22:33 ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq

