Dünən bir sıra media orqanlarında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (publik hüquqi şəxs) yeni direktor təyin olunduğu ilə bağlı xəbər dərc edilib. Müvafiq əmrlə Bədəl Fizuli oğlu Həsənov sözügedən qurumun rəhbəri təyin olunub.
Manset.az xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil.
Belə ki, sabiq nazir müavini xeyli vaxtdır ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində çalışır.
Qeyd edək ki, Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.