Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən danışmağa və Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Manset.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, O, bu barədə “t-online” xəbər portalına müsahibəsində bildirib.
“Mən bunu istərdim”, - deyə Şolts Putinlə yenidən əlaqə saxlamağa hazır olub-olmadığını soruşduqda deyib.