Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu Ankarada "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışında deyib.
O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır.
Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.