"Rusiya və Ukrayna arasında müharibə davam edir. Lakin bu həftə yayılan məlumatlara əsasən, hər iki tərəf danışıqların müsbət bitməsinə razı olduğunu bildirib. ABŞ prezidenti Donald Trump isə qeyd edib ki, danışıqlar uğursuz nəticələnərsə, prosesdən geri çəkilə bilər".
Bu sözləri Manset.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O, bildirib ki, bu kontekstdə tərəflər ABŞ ilə münasibətini pozmamaq üçün belə hesabatlar verirlər:
"Bununla yanaşı, tərəflərin torpaq və ərazi məsələlərinə münasibəti fərqlidir. Ona görə də, hətta atəşkəs elan olunsa belə, müharibənin yenidən başlayacağı ehtimalı qalır. İki tərəf arasında problemin həlli ilə bağlı hələlik yekun qərar yoxdur. Bu hal-hazırda vəziyyətə nəzarət edənlərə aiddir. Gələcək hakimiyyətin nə düşünəcəyini indidən deyə bilmərik. Aprelin sonuna qədər ümidlər olsa da, bununla yanaşı müharibənin davam etməsi də gündəmdədir".
Qeyd edək ki, Kiyev müharibənin dayandırılması üçün bəzi güzəştlərə getməyə hazır olduğunu bildirib. ABŞ prezidenti Donald Trampın isə Rusiya və Ukrayna arasında sülh sazişinə 30 aprelədək nail olmaq istədiyi barədə məlumatlar yayılıb.
Seyranə Quliyeva