Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
09:47 - 11 Oktyabr 2021
2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün VIII tura start veriləcək.
Manset.az-ın məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək.
E qrupunda Estoniya Uelsi, Belarus isə Çexiyanı qəbul edəcək. Uels Estoniyaya qalib gələ bilməsə, Belçika bu tur istirahət edəcəyi halda, dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaq.
G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. Hazırda 12 xalla 3-cü pillədə olan "ay-ulduzlular" qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməlidirlər.
Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi, 2-ci yerdə gedən Norveç isə Monteneqronu qəbul edəcək. Türkiyə Latviyaya uduzsa və Monteneqro Norveçi yenə bilməsə, "narıncılar" "cırtdanlar"a qalib gəlməklə, ilk 2 pillədə yerini təmin edəcək.
H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkəcək. Rusiya bu qrupda ilk 2 yerdən birini tutmaq üçün qələbə qazanmalıdır.
J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edəcək. Lider Almaniya səfərdə Şimali Makedoniyaya qalib gələcəyi təqdirdə, vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edəcək.
Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.
DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr
E qrupu
22:45. Belarus - Çexiya
22:45. Estoniya - Uels
Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).
G qrupu
22:45. Latviya - Türkiyə
22:45. Niderland - Cəbəllütariq
22:45. Norveç - Monteneqro
Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.
H qrupu
20:00. Kipr - Malta
22:45. Sloveniya - Rusiya
22:45. Xorvatiya - Slovakiya
Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.
J qrupu
22:45. Şimali Makedoniya - Almaniya
22:45. Rumıniya - Ermənistan
22:45. İslandiya - Lixtenşteyn
Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin