UEFA Millətlər Liqasının qalibi məlum oldu

07:25 - 11 Oktyabr 2021

UEFA Millətlər Liqasının qalibi məlum oldu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub. 

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub. 

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Final

22:45. İspaniya - Fransa - 1:2

Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

 

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin