Fatih Terim Bakıda
15 Noyabr 2024
08:31 - 11 Oktyabr 2021
Dünyada ilk dəfə olaraq Xorvatiyada dronlar çətinliklə gedilə bilən ərazilərdə meşələr salıb.
Manset.az xəbər verir ki, bu barədə “Europulse” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu məqsədlə dronlarda yüksək hündürlükdən ucqar dağlıq bölgələrə atılan xüsusi “toxum bombaları” yaradılıb.
Dronların hər biri doqquz kapsula daşıya bilməsi üçün uyğunlaşdırılıb. “Bomba”nın quruluşu dronun gövdəsinə asanlıqla yerləşdirilə biləcək şəkildə hazırlanıb. Cihazlar avtomatik rejimdə işləyir.
Bildirilir ki, Yunanıstan, Albaniya və ABŞ artıq Xorvatiya layihəsinə maraq göstərib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin