Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
18 Noyabr 2024
22:42 - 10 Oktyabr 2021
Üçüncü dozanı ilkin dozanın üzərindən 6 ay və daha çox keçmiş şəxslər, yüksək risk qrupunda işləyənlər - səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və sair - 65 yaşdan yuxarı olan şəxslər qəbul edə bilərlər.
Manset.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işci qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib. Həkim bildirib ki, Azərbaycanda da artıq üçüncü doza ilə peyvəndləmə işləri aparılır:
"Eləcə də 18 yaş üzərində olanlar, xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə peyvəndlənməlidir. Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemik dönəmin hələ də davam etdiyini düşünərək mütləq şəkildə üçüncü doza peyvəndləmə aparılmalıdır. Bəzən insanlar yanlış olaraq "məndə şəkər var, olmaz", "allergiyam var, olmaz" deyə düşünürlər. Bütün bunlar əsassızdır. Kəskin durum olmadığı halda mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bəzən 1 və ya 2-ci dozadan sonra nadir də olsa, ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa, dünya praktikasında görülüb. Həmin hallarla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edildikdən sonra əks göstəriş üçün baxıla bilər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin