Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
20:38 - 10 Oktyabr 2021
Bu gün UEFA Millətlər Liqasının üçüncü yeri uğrunda keçirilən qarşılaşmada İtaliya və Belçika yığmaları üz-üzə gəliblər.
Manset.az-ın məlumatına görə, Turin şəhərinin "Alyans Arena" stadionunda keçirilən qarşılaşmada İtaliya yığması 2:1 hesablı qələbə qazanıb.
İtaliyanın heyətində qolları Nikolo Barella və Domeniko Berardi vurublar, Belçikanın yeganə qolunun müəllifi isə Şarl de Ketelare olub.
Beləliklə, İtaliya yığması UEFA Millətlər Liqasında üçüncü yeri tutub.
Qeyd edək ki, final oyunu bu gün Bakı vaxtı saat 22:45-də İspaniya və Fransa yığmaları arasında keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin