Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

20:10 - 10 Oktyabr 2021

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

Dünyaca məşhur müğənni Sami Yusif Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, S.Yusif oktyabrın 22-si və 23-də Dubayda "Expo 2020"də verəcəyi konsertində xanəndənin də onunla birlikdə səhnəyə çıxacağını bildirib.

İfaçı qeyd edib ki, T.Bayramov solist kimi gecədə onu müşayət edəcək. O, həmçinin konsertdə muğam da səsləndirəcək.

"Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb. Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri və Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar artist" adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də  konservatoriyanın professorudur" deyə, Sami Yusif Təyyarla bağlı məlumatda yazıb.



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin