Rusiyada kişi azyaşlı qızını pəncərədən atdı - VİDEO

11:13 - 08 Fevral 2024

Rusiyada kişi azyaşlı qızını pəncərədən atdı - VİDEO

Rusiyanın Kazan şəhərində 35 yaşlı kişi sərxoş vəziyyətdə iki yaşlı qızını beşinci mərtəbədən atıb. Ona elə gəlib ki, mənzildə yanğın baş verib.

 

Manset.az xəbər verir ki, azyaşlını binanın yanından keçən yük maşını sürücüsü xilas edib. Uşaq xəstəxanaya yerləşdirilib, onun qolu sınıb və beynindən zədə alıb.

Övladını pəncərədən atan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk bildirib ki, kişi əvvəlcə iki əkiz uşağını pəncərədən atmaq niyyətində olub. Lakin yoldan keçən yük maşını sürücüsü ona mane olub. O, uşaqların qışqırıqlarını eşidib və atanı fikrindən qismən yayındıra bilib.

Bundan sonra kişi azyaşlı qızını pəncərədən atıb. Qayğıkeş sürücü onu havada yaxalaya bilib və xilas edilən körpə ilə birlikdə qar uçqunu üzərinə yuvarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az