İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
03:04 - 8 Fevral 2024
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elan edib.
Məzahir Pənahovun sözlərinə görə, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.
İlkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 92,05 faiz (4 milyon 281 min 625);
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz (101 min 851);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz (37 min 386);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz (92 min 980);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz (31 min 33);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz (81 min 799);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,53 faiz (24 min 799)
***
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini açıqlayır.
Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 aprel növbədənkənar Prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verir.
Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin