SON DƏQİQƏ: Azərbaycanın tanınmış generalı 56 yaşında vəfat etdi - FOTO
23 Noyabr 2024
11:49 - 23 İyun 2021
Peruda 6 bal gücündə zəlzələ olub.
Manset.az “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar paytaxt Limanın yaxınlığında yerləşən Mala şəhərinin 33 km cənub-qərbində baş verib.
Hökumət rəsmiləri zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilmədiyini, itki və dağıntının olmadığını bildiriblər.
Qeyd edək ki, “atəş üzüyü” kimi tanınan Peru Sakit Okeanın seysmik qurşağında yerləşir və dünyada ən çox zəlzələ qeydə alınan ölkələrdən sayılır.
2007-ci il avqustun 15-də Peruda baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində 595 nəfər ölmüşdü.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin