Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndənin Azərbaycana səfəri başladı
13 Sentyabr 2024
19:15 - 7 Fevral 2024
Moskva “Spartak”ının kapitanı Georgi Cikiya karyerasını Türkiyədə davam etdirə bilər.
Manset.az xəbər verir ki, bu barədə “61saat” məlumat yayıb.
Mənbənin məlumatına görə, rusiyalı müdafiəçi ilə “Trabzonspor” maraqlanır. Bildirilir ki, klub futbolçunun müqaviləsi ilə bağlı danışıqlara başlayıb.
Daha əvvəl futbolçunun baş məşqçi Gilyermo Abaskal üzündən “Spartak”da qalmaq istəmədiyi məlum olmuşdu. Cikiyanın “qırmızı-ağlar”la müqaviləsi 2024-cü ilin mayında başa çatır.
Müdafiəçi 2017-ci ildən “Spartak”da çıxış edir və komandanın heyətində Rusiya çempionu olub. O, Rusiya millisinin heyətində 44 oyunda 2 qol vurub. Transfermarkt portalı futbolçunun dəyərini beş milyon avro qiymətləndirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin