COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
11:33 - 23 İyun 2021
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.
Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin