Ukraynada hərbi vəziyyət 90 gün uzadıldı

17:52 - 6 Fevral 2024

Ukraynada hərbi vəziyyət 90 gün uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha üç ay - 2024-cü il mayın 13-dək uzadıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Səs” fraksiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.

Bu xüsusi rejim müharibə başlayandan bəri 10-cu dəfə uzadılıb.

Hərbi vəziyyətin uzadılması qərarını 335 deputat dəstəkləyib, 323 deputat isə səfərbərliyin uzadılmasının leyhinə səs verib.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin