Bir müddətdir nadir nevroloji xəstəlik olan rigid person (Sərt insan) sindromu ilə mübarizə aparan dünyaca məşhur kanadalı müğənni Selin Dion 2024-cü il Qremmi Mükafatlarına qatılaraq hər kəsi təəccübləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səhhətində yaranan problemlərə görə musiqi karyerasına ara verən Dion oğlu Rene-Çarlz Angelilin dəstəyi ilə səhnəyə çıxıb və Taylor Sviftə mükafat verib.
Selin Dionun səhnədə görən hər kəs duyğulu anlar yaşayıb.
Əfsanə Rəcəb
Manşet.az