Xumar yeni mahnısı ilə “Youtube”da birinci oldu - VİDEO

15:18 - 5 Fevral 2024

Xumar yeni mahnısı ilə “Youtube”da birinci oldu - VİDEO

Fərqli ifa tərzi ilə hər zaman gündəmdə olan Əməkdar artist Xumar Qədimovanın yeni təqdim etdiyi "Sevdim səni" klipi izləmə rekordu qırıb. 

 

Manset.az xəbər verir ki, müğənninin yeni işi 2 gün içində yarım milyondan çox izlənərək trenddə birinci olub.

647 mindən çox izləmə sayı toplayan "Sevdim səni" hazırda yutubda ən çox izlənən videolar sırasında isə ikinci olub. Və Qədimova siyahıda yer alan yeganə müğənnidir. Ekran işinin izlənmə sayı isə dayanmadan artır. 

Sözləri Xalq şairi Ramiz Rövşənə aid olan bəstənin musiqisi Qədimovanın özünə aiddir. 

Qeyd edək ki, nəğmədə dinləyicini ovsunlayan “Şeyx”in özünəməxsus səsi var ki, Xumar onun kimliyini hələlik açıqlamır. 


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin