Keçmiş məmurlar həbs olundular - Korrupsiyaya Görə

07:44 - 10 Oktyabr 2021

Keçmiş məmurlar həbs olundular - Korrupsiyaya Görə

Misir parlamentinin keçmiş deputatı tikintidə korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Manset.az "Al Shorouk" nəşrinə istinadən xəbər verir ki, bu qərar İskəndəriyyə Cinayət Məhkəməsi tərəfindən verilib.

Keçmiş deputatla yanaşı, daha iki nəfər, o cümlədən İskəndəriyyə valiliyinin hüquq mütəxəssisi də ömürlük həbs cəzası alıblar. Digər bir dövlət məmuru isə 15 il həbsdə yatmalı olacaq.

Sözügedən ittihamla daha 16 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir ildən çox davam edən araşdırma nəticəsində məlum oldu ki, təqsirləndirilənlər bərbad vəziyyətdə olan evlərin sökülməsi üçün podratçılardan birindən külli miqdarda pul alıblar.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin