Gənc şair faciəvi şəkildə öldü
15 Noyabr 2024
07:44 - 10 Oktyabr 2021
Misir parlamentinin keçmiş deputatı tikintidə korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Manset.az "Al Shorouk" nəşrinə istinadən xəbər verir ki, bu qərar İskəndəriyyə Cinayət Məhkəməsi tərəfindən verilib.
Keçmiş deputatla yanaşı, daha iki nəfər, o cümlədən İskəndəriyyə valiliyinin hüquq mütəxəssisi də ömürlük həbs cəzası alıblar. Digər bir dövlət məmuru isə 15 il həbsdə yatmalı olacaq.
Sözügedən ittihamla daha 16 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir ildən çox davam edən araşdırma nəticəsində məlum oldu ki, təqsirləndirilənlər bərbad vəziyyətdə olan evlərin sökülməsi üçün podratçılardan birindən külli miqdarda pul alıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin