"Azərlotereya" ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub.
Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, bu post tanınmış jurnalist Fidan Əliheydərə həvalə olunub.
Əvvəllər müxtəlif televiziya kanallarında çalışan Fidan Əliheydər yaşam koçu və kitablar müəllifi kimi tanınır.
Fidan Əliheydər "Azərlotereya "ASC-də mətbuat katibi təyin olunana qədər isə həmin qurumun media ilə koordinatoru vəzifəsində çalışıb.