Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
17:23 - 9 Oktyabr 2021
"İstər bir çox inkişaf etmiş Avropa ölkələrində, istərsə də Azərbaycanda effektiv peyvəndlərlə peyvəndləmə faizi hələ etibarlı səviyyədə deyil”.
Manşet.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. O qeyd edib ki, təəssüf doğuran məqam hər kəsin COVID-19-un artıq tam olaraq geridə qaldığını düşünməyidir:
"Müxtəlif ölkələrdə təklif edilən peyvəndləmədə insanların iştirakı baxımından hiss edilən durğunlaşmalar arzu olunan deyil. Hər ölkədə fərqli qaydaların olması və onların tətbiqi narahat edicidir. Bu gün təkcə cəmiyyətlərdə deyil, eləcə də siyasi arenada koronanın "yorğunluğu” hiss edilir. COVID-19 üzərində buster effektin rolu haqqında 4,6 milyon insanın peyvəndləmədən sonrakı vəziyyətini incələyərək artıq danışmaq olar. Tədqiqatın nəticələri onu göstərir ki, buster dozanı alan şəxslər arasında yoluxma digər onu almayan qrupla müqayisədə təxminən 10 dəfə aşağı olub. Xəstəliyin ağır forması isə 19-20 dəfə aşağı olub. COVID-19-a görə ölüm halları 60 yaşdan yuxarı olan şəxslərdə olub ki, bu da buster doza alan qrupda 14 dəfə az olub”.
Mütəxəssisin sözlərinə görə, unutmaq olmaz ki, burada buster doza "BNT162b2” peyvəndi ilə aparılır və bunu qəbul edən şəxslərin böyük əksəriyyətinə də daha öncədən Biontech/Pfizer peyvəndi vurulub:
""Sinovacla” bağlı, yəni daha öncə "Sinovac” vurdurub buster olaraq Biontech/Pfizer peyvəndi almaq konsepti ilə əlaqədar isə mənim istinad edəcəyim elə bir ciddi elmi tədqiqat nəticəsi hələ yoxdur. Son elmi tədqiqat göstərir ki, effektiv peyvənd olan şəxsin digər effektiv peyvənd olan şəxsi yoluxdurması elmi olaraq çox az ehtimal edilir.
Azərbaycanda peyvəndin tətbiqi zamanı vacib olan amillərdən biri də valideynlərin maksimum şəkildə maarifləndirilməsidir. Həkimlər elmi əsaslı şəkildə valideynlərə peyvənddən sonra yarana biləcək simptomları izah etməlidirlər. Tövsiyə edərdim ki, valideynlər sağlam övladlarının müasir elmin qeyd etdiyi normalar çərçivəsində aktiv şəkildə peyvəndləmədə iştirakına icazə versinlər”.
sfera.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin