Şamaxıda "Niva" aşdı - Xəsarət alanlar var

10:54 - 23 İyun 2021

Şamaxıda

Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə Şamaxı rayonunun Çağan kəndində qeydə alınıb. 10-BF-460 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Çağan kənd sakinləri, 1955-ci il təvəllüdlü Mürsəlov Vidadi Qələmşah oğlu, 1981-ci il təvəllüdlü Əsədova Şəlalə Oqtay qızı, 1940-cı il təvəllüdlü Namazova Rəfiqə Nurəhməd qızı və 1966-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin