"Türkiyəyə güvənən və sərmayə qoyan heç kim peşman olmaz"- Ərdoğan

16:24 - 9 Oktyabr 2021

Türkiyəyə güvənən və sərmayə qoyan heç kim peşman olmaz. Əksinə, əldə etdiyi böyük qazancdan həmişə razı olar.

Manşetşaz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada tamamlanan layihələrin kollektiv açılış mərasimində çıxışı zamanı deyib.

Prezident dünyanın hər yerində olan bütün investorları Türkiyənin təklif etdiyi imkanları qiymətləndirməyə dəvət edib. 

O, vurğulayıb ki, bizim qapımız həmişə investorlara açıqdır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin