Serxio Ramos bu kluba keçir

10:40 - 23 İyun 2021

Serxio Ramos bu kluba keçir

İspaniyanın "Real Madrid" klubundan ayrılan Serxio Ramos karyerasını Fransada davam etdirəcək.

Manset.az-ın "Cadena COPE" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi Madrid təmsilçisindən ayrılmazdan əvvəl komandanın üç futbolçusuna PSJ-də oynayacağını deyib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Ramosla PSJ-dən əlavə, İngiltərənin "Mançester Yunayted". "Çelsi" və İtaliyanın "Milan" klubları maraqlanıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin