İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
14:17 - 9 Oktyabr 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sumqayıt şəhər sakinləri Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manşet.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda), qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham verilib.
Qətlə yetirilən Rasif Həbibov idmançı olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin