Türkiyəli keçmiş hakim və idman şərhçisi Erman Toroğlu qatıldığı proqramda evdə çılpaq gəzdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Toroğlu bir gün evdə çılpaq gəzərkən üzbəüz otelin müdiri tərəfindən ona zəng edilərək xəbərdarlıq edildiyini söyləyib.
Toroğlu bildirib ki, otel müdiri evinin pəncərələrinin rəngli olub-olmadığını soruşub. Pəncərələrin rəngli olduğunu söylədiyimdə otel müdiri onun qarşısında hazırda çılpaq gəzdiyimi söyləyib. Dərhal pəncərə ustasına zəng etdim. Usta evin şüşələrinin rəngli olduğunu, lakin bəzilərinin səhv quraşdırıldığını deyib.
Qeyd edək ki, Toroğlu bunları məşhurların evlərinə qonaq gələn Evrim Akına danışıb. O, özündən 35 yaş kiçik həyat yoldaşı Ezgi Yavuzla birlikdə kameralar qarşısına keçib.
Əfsanə
Manşet.az