İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
08:53 - 9 Oktyabr 2021
Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında öldürülüb.
Manset.az xəbər verir ki, hadisəni mərkəzin mühasibi törədib. Cinayət şəxsi münasibətlər zəminində baş verib.
Goranboy rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 13 radələrində Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin mərkəzin direktoru, 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla məlum olub ki, qeyd edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin