17 ildir edam edilməyi gözləyirdi - Qərar ləvğ olundu

01:25 - 9 Oktyabr 2021

17 ildir edam edilməyi gözləyirdi - Qərar ləvğ olundu

ABŞ-ın Oreqon ştatında 17 ildir edam edilməyi gözləyən qaradərili məhkum haqqındakı hökm ləğv olunub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 2004-cü ildə edama məhkum edilən və öldürülməsini gözləyən Cessi Li Conson haqqındakı hökm Ştat Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Bildirilib ki, məhkuma kifayət qədər özünümüdafiə hüququ verilməyib.

Conson 1998-ci ildə bir qadını evində bıçaqlayaraq öldürmək ittihamı ilə mühakimə olunub.

Məhkumluq qərarından sonra Consonun vəkilləri şahidin cinayət vaxtı evə girən şəxsin qaradərili yox, ağ olduğunu deyiblər. İstintaq müddətində polisin, eləcə də, Consonun o dönəmdəki vəkillərinin şahidlə görüşmədiyi ortaya çıxıb.

Məhkəmə sənədlərinə görə, şahid gördüklərini polisə danışmaq üçün iki dəfə cəhd edib, ancaq polis onun sözünü yarıda kəsərək, ifadəsinə ehtiyac olmadığını söyləyib.

Buna görə də hökm ləğv olunub. Yenidən istintaq başlayıb-başlamayacağı bəlli deyil.

 

qafqazinfo.az


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin