Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü

10:04 - 23 İyun 2021

Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü

Rusiya Prezidenti Vladimir Putin senator Sergey Məmmədov və “Strateji Araşdırmalar Mərkəzi” Fondunun vitse-prezidenti Natalya Trunovanın Hesablama Palatasının auditorları vəzifəsinə namizədliyini irəli sürüb.

Manset.az  xəbər verir ki, bu barədə Prezidentin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov bildirib.

Sergey Məmmədov əfsanəvi azərbaycanlı jurnalist, 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Ənvər Məmmədovun nəvəsi, məşhur SSRİ və Rusiya diplomatı, 1997-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş Georgi Məmmədovun oğludur. Sergey Məmmədovun özü 2011-ci ildən Rusiya Federasiya Şurasının üzvüdür.

Güman edilir ki, Məmmədov Hesablama Palatasının auditoru vəzifəsində səlahiyyətlərini may ayında bitirmiş Tatyana Blinovanı, Trunova isə Mixail Meni əvəz edəcək.

Profil Komitəsi hər iki namizədi dəstəkləyib və Federasiya Şurasına bu məsələyə iyunun 23-də keçiriləcək plenar iclasda baxılmasını təklif edib.(haqqin.az)


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin