Quterreş Əfqanıstanda törədilən terror aktını pislədi

21:46 - 8 Oktyabr 2021

Quterreş Əfqanıstanda törədilən terror aktını pislədi

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanın Qunduz vilayətdə yerləşən məsciddə törədilən terror aktını pisləyib.

Manşet.az xəbər verir ki, bunu Quterreşin mətbuat katibi Stefan Dujarrik məlumat verib.

O bildirib ki, BMT Baş katibi bu vəhşi hücumu qınayır və qurbanların ailələrinə başsağlığı verir.

Qeyd edək ki, Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətindəki Seyid Abad məscidində terror aktı törədilib. Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində 100-dən artıq ölən və yaralanan var.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin