Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
20:35 - 8 Oktyabr 2021
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.
Manşet.az xəbər verir ki, cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub.
Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, bunadək komandamızın aktivində bir medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin