Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
20:18 - 8 Oktyabr 2021
Ötən iki gün ərzində koronavirusa yoluxmaların sayında artım müşahidə olunmaqdadır. Belə ki, son iki gündə yoluxmalar min rəqəminin üzərindədir.
Manşet.az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, virusun artacağı ilə bağlı narahatlıqlar əvvəlcədən var idi: "Bundan əvvəl bildirmişdik ki, virusun yayılmasının artması üçün şərait var. Yəni bizim bununla bağlı narahatlıqlarımız əsassız deyil. Səbəblər də bəllidir. Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Gələn həftə "məhərrəmlik"dən sonra toylar da bərpa olunacaq. Bundan əlavə, havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları artıb. Bütün bunlar virusun artmasına xidmət edir".
T.Eyvazov əlavə edib ki, bunun qarşısını almaq üçün əsas amillərdən biri əhalinin vaksinasiya olunması və qaydalara düzgün riayət etməsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin