Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
19:19 - 8 Oktyabr 2021
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunandan sonra elm ocaqları ilə bağlı bir sıra qərarlar verməyə başlayıb. Onun verdiyi bəzi qərarlar isə heç də alimlər tərəfindən birmənalı qarşılanmır.
Manşet.az-ın məlumatına görə, R. Mehdiyev akademiyanın tabeliyində olan institutlarda çalışan əməkdaşların iş yerinə keçidinin yalnız elektron kartla həyata keçirilməli olduğu ilə bağlı qərar verib.
Mehdiyevin verdiyi qərarın icrasına nəzarət isə Rəyasət Heyəti aparatının rəhbəri Seyfəl Həsənova tapşırılıb. S. Həsənov iş saatlarının başlandığı vaxtlarda institutları gəzərək alimlərin işə hansı formada gəlməsini yoxlayır.
Qərar alimlər tərəfindən narazılıqla qarşılanıb və etiraza səbəb olub.
(unikal.org)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin