"7 ayda nə çəkdiyimi bir Allah bilir" - Ata Abdullayev

18:09 - 8 Oktyabr 2021

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manşet.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Ata Abdullayevin vəkili təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Vəsatət təmin edilməyib.

Daha sonra A.Abdullayev çıxış edib: "Mən o şəxslərdən deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Şükürlər olsun ki, "Dəmir yumruq" zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Zəfər yoluna and olsun ki, zərərçəkmişləri iki dəfə görmüşəm, o da istintaqda. Mən bu yeddi ayda günahımın nədən ibarət olduğunu bilirəm. 7 ayda başa düşmüşəm. Amma o ittihamda yazılanların əsası yoxdur. Burada yazılanları etməmişəm. Şikayətçilərin elələri var ki, onlarla ünsiyətim olmayıb. 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla heç nə yazdıran olmayıb. And olsun Allaha, mən günahsızam, məsumam".

Proses oktyabrın 19-na təyin olunub.

Xatırladaq ki, Ata Abdullayev bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin