Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
20:34 - 23 Yanvar 2024
2023-cü ilin dördüncü rübünün yekunlarına görə, Azərbaycan bankları arasında xalis gəlirin həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.
Manset.az xəbər verir ki, bankın maliyyə hesabatına görə, xalis gəliri 322,269 milyon manat olub.
Renkinqdə ikinci yeri 242,209 milyon manat xalis gəlirlə Kapital Bank tutub.
Üçüncü yerdə 199,209 milyon manat xalis gəlirə malik Pasha Bank, dördüncü yerdə 52,07 milyon manat xalis gəlirə malik Xalq Bank dayanıb, beşinci yeri isə 40,253 milyon manat xalis gəlirlə Bank Respublika tutub.
İlk üç bankın xalis gəlirinin ümumi həcmi 763, 687 milyon manat olmaqla, siyahıdakı 10 bankın xalis gəlirinin ümumi həcminin (989,041 milyon manat) 77,21 faizini, Azərbaycanın bütün banklarının xalis gəlirinin ümumi həcminin (1,089 milyard manat) isə 70,12 faizini təşkil edib.
2023-cü ilin dördüncü rübünün yekunlarına görə, Azərbaycan banklarının xalis gəlirə görə renkinqi aşağıdakı kimidir:
Banklar | Xalis gəlir (zərər) | |
1 | International Bank | 322,269 milyon manat |
2 | Kapital Bank | 242,209 milyon manat |
3 | Pasha Bank | 199,209 milyon manat |
4 | Xalq Bank | 52,07 milyon manat |
5 | Bank Respublika | 40,253 milyon manat |
6 | AccessBank | 39,838 milyon manat |
7 | UniBank | 32,93 milyon manat |
8 | Bank of Baku | 25,458 milyon manat |
9 | Yelo Bank | 20,761 milyon manat |
10 | Azer–Turk Bank | 14,041 milyon manat |
11 | Nakhchivan Bank | 13,129 milyon manat |
12 | Rabita Bank | 13,061 milyon manat |
13 | Expressbank | 12,015 milyon manat |
14 | YapikrediBank | 12,002 milyon manat |
15 | VTB Bank | 10,608 milyon manat |
16 | ZiraatBank | 8,512 milyon manat |
17 | AFB Bank | 7,652 milyon manat |
18 | Premium Bank | 7,453 milyon manat |
19 | Avrasiya Bank | 6,621 milyon manat |
20 | AzersenayeBank | 5,119 milyon manat |
21 | Bank Melli Iran | 3,871 milyon manat |
22 | BTB Bank | -2,779 milyon manat |
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin