Azərbaycan banklarının xalis gəlirə görə RENKİNQİ

20:34 - 23 Yanvar 2024

Azərbaycan banklarının xalis gəlirə görə RENKİNQİ

2023-cü ilin dördüncü rübünün yekunlarına görə, Azərbaycan bankları arasında xalis gəlirin həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.

 

Manset.az xəbər verir ki, bankın maliyyə hesabatına görə, xalis gəliri 322,269 milyon manat olub.

Renkinqdə ikinci yeri 242,209 milyon manat xalis gəlirlə Kapital Bank tutub.

Üçüncü yerdə 199,209 milyon manat xalis gəlirə malik Pasha Bank, dördüncü yerdə 52,07 milyon manat xalis gəlirə malik Xalq Bank dayanıb, beşinci yeri isə 40,253 milyon manat xalis gəlirlə Bank Respublika tutub.

İlk üç bankın xalis gəlirinin ümumi həcmi 763, 687 milyon manat olmaqla, siyahıdakı 10 bankın xalis gəlirinin ümumi həcminin (989,041 milyon manat) 77,21 faizini, Azərbaycanın bütün banklarının xalis gəlirinin ümumi həcminin (1,089 milyard manat) isə 70,12 faizini təşkil edib.

2023-cü ilin dördüncü rübünün yekunlarına görə, Azərbaycan banklarının xalis gəlirə görə renkinqi aşağıdakı kimidir:

  Banklar Xalis gəlir (zərər)
1 International Bank 322,269 milyon manat
2 Kapital Bank 242,209 milyon manat
3 Pasha Bank 199,209 milyon manat
4 Xalq Bank 52,07 milyon manat
5 Bank Respublika 40,253 milyon manat
6 AccessBank 39,838 milyon manat
7 UniBank 32,93 milyon manat
8 Bank of Baku 25,458 milyon manat
9 Yelo Bank 20,761 milyon manat
10 Azer–Turk Bank 14,041 milyon manat
11 Nakhchivan Bank 13,129 milyon manat
12 Rabita Bank 13,061 milyon manat
13 Expressbank 12,015 milyon manat
14 YapikrediBank 12,002 milyon manat
15 VTB Bank 10,608 milyon manat
16 ZiraatBank 8,512 milyon manat
17 AFB Bank 7,652 milyon manat
18 Premium Bank 7,453 milyon manat
19 Avrasiya Bank 6,621 milyon manat
20 AzersenayeBank 5,119 milyon manat
21 Bank Melli Iran 3,871 milyon manat
22 BTB Bank -2,779 milyon manat

Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin