Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
18:02 - 8 Oktyabr 2021
Malinin Baş naziri Şoqel Kokkalla Maiqa Fransanı terrorçuları hazırlamaqda ittiham edib.
Manşet.az xəbər verir ki, bu barədə o, "RİA Novosti”yə müsahibəsində bildirib.
O, bu barədə sübut və faktlara sahib olduğunu deyib: "Malidəki terrorçular Fransanın müttəfiqi olmuş Liviyadan gəlir. Biz terrorla mübarizə üçün Fransa ilə əməkdaşlıq etməyə başladıq. Onlardan kəşfiyyat və hava dəstəyi ilə bağlı yardım istədik. Fransadan hərbçilərinin quruda fəaliyət göstərməsini heç kim xahiş etməyib. Fransa terrorçuların nəzarəti altında olan Kona, Qao, Timbuktu şəhərlərində bu müqaviləyə hörmətlə yanaşdı. Ancaq Kidala yaxınlaşanda Mali ordusunun oraya girməsini qadağan etdi”.
Qeyd edək ki, Fransa Malidə antiterror əməliyyatlarına 2014-cü ildə başlayıb. Bu missiyanı "Sahel beşliyi”nə daxil olan dövlətlər - Burkina-Faso, Mavritaniya, Mali, Niger və Çad dəstəkləyir. Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Sahel regionunda hərbi mövcudluqlarının modelini dəyişəcəklər və "Barxan” əməliyyatı indiki kimi qalmayaraq dəyişdiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin