Modelin 31 yaşlı oğlu faciəvi şəkildə öldü - Görün harada işləyib... (FOTO)

17:43 - 23 Yanvar 2024

Modelin 31 yaşlı oğlu faciəvi şəkildə öldü - Görün harada işləyib... (FOTO)

SpaceX-in baş buraxılış mühəndisi Yiğit Tokbey 31 yaşında ABŞ-ın Kaliforniya ştatında baş verən yol qəzası nəticəsində dünyasını dəyişib.

 

Manset.az-ın məlumatına görə, ABŞ-lı milyarder İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX-də baş buraxılış mühəndisi vəzifəsində çalışan Yiğit Tokbey Kaliforniya ştatında motosikleti ilə qəza törədib.

Santa Barbara County Şerif Ofisindən verilən açıqlamada Tokbeyin hadisə yerində öldüyü bildirilib.

Kaliforniya Yol Patrulunun (CHP) zabiti Maria Barriqa  yanvarın 19-da verdiyi açıqlamada, Tokbeyin naməlum səbəbdən yoldan çıxdığını və motosikletin idarəetməsini itirdiyini bildirib. Qəza zamanı havanın dumanlı olduğunu və görmə qabiliyyətinin məhdudlaşdırıldığını bildirən Barriqa, şahidlərin sözlərinə görə, Tokbeyin başqa maşınlar tərəfindən vurulmuş ola biləcəyini qeyd edib.

Qəzaya qarışan digər avtomobillərin müəyyən edilməsi üçün ictimaiyyətdən kömək istənilsə də, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, keçmiş model Hülya Yiğitalpın oğlu Yiğit Tokbey SpaceX-in Lompocdakı Vandenberq Kosmik Qüvvələri bazasında işləyirdi.

Jalə

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin