Azərbaycanla oyun onun üçün həlledici OLACAQ

17:00 - 8 Oktyabr 2021

Azərbaycanla oyun onun üçün həlledici OLACAQ

"Stiven Kenninin oyunlara yanaşması necə olacaq, bilmirəm. Amma onun milliyə nəticə qazandırması mütləqdir".

 

Manset.az xəbər verir ki, bu sözləri İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Conni Çaylz deyib. O, yığmanın DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçirəcəyi matç barədə danışıb. Çaylz komandamızla oyunun İrlandiya millisinin baş məşqçisi Stiven Kenni üçün kritik olduğunu vurğulayıb: 

"Hazırda Kenninin millidə kritik periodudu. Millidəki işinə davam etməsi üçün qarşıdakı oyunlarda yığmaya qələbə qazandırmalıdır. Əgər Azərbaycan və Qətəri məğlub etmək mümkün olmasa, onun millidəki taleyi həll oluna bilər".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq. 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin