Bakıda restoranda baş verən yanğının səbəbi araşdırılır - YENİLƏNDİ (VİDEO)

09:37 - 23 Yanvar 2024

Bakıda restoranda baş verən yanğının səbəbi araşdırılır - YENİLƏNDİ (VİDEO)

Bakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov məlumat verib.

Onun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən “Qaymaq” restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub: “Əraziyə 5 avtomobil cəlb olunub. Ehtimal olunur ki, yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb. Yanğının səbəbi araşdırılır”.

09.55

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.

09.38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Manset.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az