Zədələnən Rüstəm Əhmədzadənin son durumu

23:10 - 22 Yanvar 2024

Zədələnən Rüstəm Əhmədzadənin son durumu

"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.

 

Manset.az  qol.az xəbər verir ki, 23 yaşlı hücumçu bu gün "Səbail"ə qarşı Premyer Liqanın 19-cu turunun səfər matçında (0:0) sıradan çıxıb.

67-ci dəqiqədə Salifu Sumanın yerinə oyuna daxil olan Əhmədzadə 85-ci dəqiqədə məcburi əvəzlənməli olub. 

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçusunun durumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, R.Əhmədzadənin əzələsi dartılıb. Bu səbəbdən o, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin