"Milan" onu icarəyə verdi

22:37 - 22 Yanvar 2024

"Milan"ın hücumçusu Luka Romeronu icarəyə verib.

 

Manset.az  klubun saytına istinadən xəbrə verir ki, 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi  icarə əsasında  La Liqa təmsilçisi "Almeriya"da oynayacaq.

Romero “Milan”a ötən yay azad agent kimi keçib. Argentinalı futbolçu bu mövsüm klubun heyətində cəmi 5 oyuna çıxıb. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. 


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin