İslami Müqavimət Hərəkatı (Həmas) 2023-cü il oktyabrın 7-də İsraildə keçirilən Supernova Festivalına “Əqsa tufanı” adlı basqınla bağlı hesabat yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, HƏMAS hesabatın İsrailin iddialarını təkzib etmək və faktları ortaya çıxarmaq üçün yazıldığını bildirib.
Hesabatda təzyiqin səbəbi ilə bağlı: “Qəzza zolağında blokadanın aradan qaldırılması ilə yanaşı, işğaldan qurtulmaq, milli hüquqların bərpası, müstəqillik və öz müqəddəratını təyin etmək üçün paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılması yolunda atılmış təbii bir addım olduğu” ifadələrinə yer verib.
HƏMAS hesabatında əməliyyatda “bəzi səhvlərə” yol verildiyini etiraf edib. Bu səhvlərin İsrailin hərbi və təhlükəsizlik sisteminin sürətlə çökməsi ilə bağlı olduğu bildirilib.
Hesabatda, "Əqsa Daşqın Əməliyyatı zamanı İsrailin təhlükəsizlik və hərbi sisteminin tam və sürətlə çökməsi, bəzi aksamalar, Qəzzanı və əməliyyat bölgələrini ayıran məftil çəpərlərdə böyük qırılmaların açılması səbəbindən xaos yaşanmış ola bilər" ifadəsi yer alıb.
Xəbərdə, həmçinin HƏMAS-ın mülki şəxsləri hədəf alması ilə bağlı ittihamlara qarşılıq verilib və "Mülki vətəndaşların əksəriyyəti İsrail ordusu və polisinin sürprizi nəticəsində İsrail polisi və hərbçiləri tərəfindən öldürülüb" ifadəsi işlədilib.
Əfsanə
Manşet.az