“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi

13:34 - 22 Yanvar 2024

“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi

“Araz-Naxçıvan” müdafiəçisi Nihat Qurbanlını icarəyə göndərib.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 1-ci liqa təmsilçisi MOİK-də çıxış edəcək.

Anlaşmaya əsasən, futbolçu mövsümün sonuna qədər ordu klubunda oynayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu 1-ci liqa klubu “Difai”yə icarəyə verib.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin