Massimiliano Alleqri “qızıl üçlüy”ə düşdü

12:40 - 22 Yanvar 2024

Massimiliano Alleqri “qızıl üçlüy”ə düşdü

“Yuventus”un A Seriyasının 21-ci turunda “Leççe” üzərində qələbəsi (3:0) Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri üçün İtaliya çempionatında 300-cü olub.

 

Manset.az xəbər verir ki, Alleqri A Seriyasının tarixində bu səviyyəyə çatan üçüncü məşqçidir. Ondan əvvəl Covanni Trapattoni (352) və Nereo Rokko (302) 300-cü qələbə həddini keçiblər.

“Yuventus”dan əvvəl 56 yaşlı Alleqri İtaliyanın yüksək liqasında “Milan” və “Kalyari”də çalışıb.

Yeri gəlmişkən “Yuventus” A Seriyasının 2023/24 mövsümünün turnir cədvəlində 52 xalla birinci yerdədir.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin