"Onlardan zəng gələndə, ölüb-dirilirəm"

23:14 - 21 Yanvar 2024

"Ailəmdən zəng gələndə həyəcan məni bürüyür. Ölüb-dirilirəm ki, görəsən nəsə deyəcəklər, yoxsa halımı soruşurlar".

 

Manset.az  "bizim.media"ya istinadla bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı qonaq olduğu "7 tamam" verilişində deyib.

Sənətçi ailəsindən söz açıb:

"Həyatda hüzurdan başqa insana heç nə lazım deyil. Hər zaman bu hüzuru özümə arzu etmişəm. Gecə başımı yastığa qoyanda Allahla danışıram, dərdimi bölüşürəm.

Sevinirəm ki, övladım, bacılarımın balaları böyüyüb, hansısa bir yerə gəlib çatıblar. Özümdən, xoşbəxtliyimdən əlimi üzmüşəm. Onlar və övladım xoşbəxt olsun, bu, mənim xoşbəxtliyim deməkdir".
Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı ilə ailəli olan Gülayın bu nikahdan Sahilə adlı bir qız övladı var.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin