“Fənərbağça” doğma meydanda xal itirdi

22:40 - 21 Yanvar 2024

“Fənərbağça” doğma meydanda xal itirdi

Futbol üzrə Türkiyə Superliqasında XXI turun oyunları davam edir.

 

Manset.az xəbər verir ki, lider “Fənərbağça” doğma meydanda “Samsunspor”u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı 12-ci dəqiqədə meydan sahiblərinin heyətində İrfan Can Kahveci açıb. Qonaqlar 63-cü dəqiqədə Emre Kılıncın qolu ilə tarazlığı bərpa ediblər.

Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" evdə "Qaziantep"lə 2:2, "Konyaspor" isə "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb.

Turun mərkəzi matçında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olacaq. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin